Birxeber.az / “Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsi yaxın zamanlarda açılacaq

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsi yaxın zamanlarda açılacaq

5-04-2024, 10:50

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin tikintisi başa çatıb.

Birxeber.Az xəbər verir ki, bunu “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, yaxın zamanlarda Nəzarət Məntəqəsinin açılışı olacaq.

"Ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemləri formalaşdırılıb. İdxal və ixrac zamanı qida təhlükəsizliyinə nəzarət davam etdirilir", - o əlavə edib.

Qoşqar Təhməzli ölkə üzrə əhalinin qidalanması ilə bağlı problemlərin müəyyən edildiyini və bu istiqamətdə bir sıra proseslərə başlanıldığını deyib:

"Agentllik 12 ölkə ilə qida təhlükəsizliyilə əlaqədar əməkdaşlıq edir. 15 ölkə ilə isə bu istiqamətdə iş aparılır".

Geri qayıt