Birxeber.az / Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq

5-04-2024, 09:40

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Birxeber.Az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstan ilə üz-üzə gələcək.

B Liqasının I qrupunun oyunu Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Baş hakim ingiltərəli Kirsti Doul olacaq.

Qrupun digər matçında Türkiyə İsveçrənin qonağı olacaq. Bu görüş saat 21:00-da start götürəcək.

Geri qayıt