Birxeber.az / Blinken yaxın vaxtlarda Çinə səfər edəcək

Blinken yaxın vaxtlarda Çinə səfər edəcək

28-01-2024, 00:50

ABŞ dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Çinə səfər edə bilər.

APA-nın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Banqkokda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşünə həsr olunmuş brifinqdə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

“Katib Blinken keçən il Çinə səfər edən ilk administrasiya rəsmisi olub və onun həmkarı ABŞ-a cavab səfəri edib, ona görə də o, tezliklə Pekinə səfər edə bilər”, - deyə rəsmi şəxs bildirib.

Geri qayıt