Birxeber.az / Neftçalada narkotikin dövriyyəsi ilə məşğul olan və aksiz markasız tütün məmulatları satan şəxslər saxlanılıb - FOTO

Neftçalada narkotikin dövriyyəsi ilə məşğul olan və aksiz markasız tütün məmulatları satan şəxslər saxlanılıb - FOTO

5-04-2024, 08:50

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Fahim Muradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib.

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışına qarşı keçirilən tədbirlər zamanı Biləsuvar rayon sakini Z.Bədilov da saxlanılıb.

Ondan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Geri qayıt