Birxeber.az / Rusiyada qubernator bıçaqlanıb

Rusiyada qubernator bıçaqlanıb

5-04-2024, 00:40

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a region rəhbərinin mətbuat xidmətindən bildirilib.

“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, – agentliyə açıqlanıb.

Qeyd olunub ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.

“İndi qubernator əməliyyat otağındadır”, – əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.

Geri qayıt