Birxeber.az / Almaniyada 4 günlük iş həftəsi sınaqdan keçiriləcək

Almaniyada 4 günlük iş həftəsi sınaqdan keçiriləcək

27-01-2024, 23:50

Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq.

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, dörd günlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcək.

Nəşrin məlumatına görə, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək.

Məqalə müəllifləri dörd günlük həftə tədqiqatının bu ilin avqust ayına qədər davam edəcəyinə aydınlıq gətirib. Təcrübədə 45 şirkət iştirak edəcək.

Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.

Geri qayıt