Birxeber.az / Polşa XİN: NATO ölkələri Ukraynada birgə missiya yaradıb

Polşa XİN: NATO ölkələri Ukraynada birgə missiya yaradıb

4-04-2024, 21:50

Şimali Atlantika Alyansı ölkələri Ukraynada birgə missiya yaradıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Brusseldə çıxışı zamanı məlumat verib.

“Biz Ukraynada NATO missiyası yaratmaq qərarına gəldik”, - nazir qeyd edib.

Sikorski bildirib ki, missiyanın yaradılması NATO-nun birbaşa silahlı münaqişəyə girməsi demək deyil.

Geri qayıt