Birxeber.az / Güclü külək zəifləyib - FAKTİKİ HAVA - YENİLƏNİB

Güclü külək zəifləyib - FAKTİKİ HAVA - YENİLƏNİB

4-04-2024, 18:50

Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib.

Birxeber.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.

***

18:10

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 18:00-a olan məlumatı açıqlayıb.

Xidmətdən Birxeber.Az-ya verilən məlumata əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi artıq zəifləyib.

***

15:38

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

Xidmətdən Birxeber.Az-ya verilən xəbərə görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

Geri qayıt