Birxeber.az / Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə postmünaqişə dövründə regional vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə postmünaqişə dövründə regional vəziyyəti müzakirə edib

4-04-2024, 18:40

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri,Mövlud Çavuşoğlu ilə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə XİN başçısı "X"də yazıb.

Nazir bildirib ki, görüş çərçivəsində müttəfiqlik münasibətlərin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq və postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bu gün, @TBMMresmi-nin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım @MevlutCavusoglu ilə faydalı görüşümüz baş tutdu. Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq & postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq. pic.twitter.com/iYtY8DI53z

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 4, 2024
Geri qayıt