Birxeber.az / Makron “Crocus”dakı terror aktında Fransanın iştirakı barədə ittihamları rədd edib

Makron “Crocus”dakı terror aktında Fransanın iştirakı barədə ittihamları rədd edib

4-04-2024, 17:50

Fransa Prezidenti Emmanuel Makron “Crocus City Hall”dakı terror aktında ölkəsinin Ukrayna ilə birgə iştirakı barədə ittihamları rədd edib.

Birxeber.Az “Associated Press”ə istinadən xəbər verir ki, o bildirib ki, buna bənzər bəyanatlar ölkəsində sadəcə gülüş doğurur.

Fransa lideri eyni zamanda, ölkəsinin rəsmi Kiyevə dəstəyi davam etdirəcəyini açıqlayıb: “Fransanın bu hücumun təşkilatçılarından biri olduğu barədə fikirlər ağlasığmazdır. Hesab edirik ki, onlar manipulyasiya xarakterlidir və Rusiyanın hərbi aqressiyasına haqq qazandırmaq məqsədi daşıyır”.

Fərid Azəri

Geri qayıt