Birxeber.az / Almaniya XİN başçısı tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin etməyə çağırıb

Almaniya XİN başçısı tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin etməyə çağırıb

4-04-2024, 17:40

Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa və dünyadakı tərəfdaşlarını Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq üçün tədbirlər görməyə çağırıb.

"Birxeber.Az" xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.

"Mən indicə Dmitro Kulebadan Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu eşitdim. Özümü hava hücumundan müdafiə sistemlərinin həyat xilas etdiyi Odessa və Xarkovda təsəvvür etdim. Biz birlikdə Avropadakı və dünyadakı tərəfdaşları əllərindən gələni etməyə çağırırıq", - Almaniya XİN başçısı qeyd edib.

I have just heard loud and clear from @DmytroKuleba that Ukraine urgently needs more air defence. I saw myself in Odesa & Kharkiv that air defence saves lives. Together we call on partners in Europe & worldwide to provide whatever we all can. pic.twitter.com/8EfuBGRrC4

— Außenministerin Annalena Baerbock (@ABaerbock) April 4, 2024
Geri qayıt