Birxeber.az / Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb

Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb

4-04-2024, 16:50

Türkiyənin 14 əyalətində Separatçı Terror Təşkilatı (BTÖ) adından qanunsuz küçə aksiyalarında iştirak edən 340 şübhəli “BOZDOĞAN-20” əməliyyatı çərçivəsində saxlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında 31 martda keçirilən bələdiyyə seçkilərindən sonra Van şəhərində terrorçulara dəstək şüarları səsləndirən və polisə müqavimət göstərən şəxslər də var.

Geri qayıt