Birxeber.az / Güclü külək Bakıda 20 ağacı sındırıb

Güclü külək Bakıda 20 ağacı sındırıb

4-04-2024, 15:40

Bakıda güclü külək səbəbindən 20 ağac sınıb.

Bu barədə "Birxeber.Az"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb:

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib".

Geri qayıt