Birxeber.az / İsveçrə hökuməti Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verib

İsveçrə hökuməti Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verib

4-04-2024, 15:40

İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.

“Report” TASSa istinadən xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib: “Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”.

Elçinger bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Geri qayıt