Birxeber.az / Avropa çempionatı: Azərbaycanın minifutbol millisinin rəqibləri bəlli olub

Avropa çempionatı: Azərbaycanın minifutbol millisinin rəqibləri bəlli olub

4-04-2024, 15:40

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında rəqibləri bəlli olub.

"Birxeber.Az" xəbər verir ki, Elşad Quliyevun baş məşqçisi olduğu kollektiv F qrupunda Fransa, İtaliya və Avstriya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.

Geri qayıt