Birxeber.az / Latviya yerli PUA-ların ilk partiyasını Ukraynaya göndərəcək

Latviya yerli PUA-ların ilk partiyasını Ukraynaya göndərəcək

4-04-2024, 12:50

Latviya yaxın vaxtlarda ölkədə istehsal olunan 1 milyon avro dəyərində PUA-ların ilk partiyasını Ukraynaya göndərməyi planlaşdırır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Latviya baş nazir Evika Silinya bildirib.

Onun sözlərinə görə, Riqa PUA-larla yanaşı, onlara nəzarət etmək və sonradan onların sayını artırmaq üçün Ukraynaya öz təlimatçılarını da göndərə bilər.

Geri qayıt