Birxeber.az / Baş prokuror: Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq

Baş prokuror: Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq

4-04-2024, 11:50

Ermənistan işğal dövründə ərazilərimizdə ekoloji cinayətlər törədib.

Birxeber.Az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşündə çıxışında deyib.

O bildirib ki, hazırda bu cinayətlər Baş Prokurorluq tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır:

"Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq".

Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: “Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

Geri qayıt