Birxeber.az / Fitch Solutions: Azərbaycan qarşıdakı on ildə Aİ-nin enerji tələbatından yararlanacaq

Fitch Solutions: Azərbaycan qarşıdakı on ildə Aİ-nin enerji tələbatından yararlanacaq

4-04-2024, 11:50

Enerji ixracı qarşıdakı on il ərzində də Azərbaycanın iqtisadi artımının aparıcı qüvvəsi olaraq qalacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunda bildirilib.

"2033-cü ilə qədər olan 10 illik proqnoz dövrümüzdə enerji ixracında əvvəlki illərdə olduğu kimi güclü artım olmasa da, Azərbaycanın iqtisadi artımının əsas drayveri olmaqda davam edəcəyini gözləyirik. Hökumət qarşıdakı illərdə iqtisadiyyatı şəxaləndirmə səylərini davam etdirəcək", - FS qeyd edib.

"Fitch Solutions" hesab edir ki, Avropanın Rusiya enerji ticarətindən asılılığını şaxələndirmək cəhdini nəzərə alaraq, Azərbaycan proqnozlaşdırılan dövr ərzində Aİ-nin artan enerji tələbatından faydalanacaq.

"İqtisadiyyatın 2012-2022-ci illərdəki 1,7%-lə müqayisədə orta hesabla 3,1% artacağı onillik proqnoz dövründə Azərbaycanın artım profilinin daha sabit olacağını gözləyirik. Ölkənin geniş enerji ehtiyatları, xüsusilə də qaz, Avropanın xüsusilə daha çox Azərbaycan enerjisini istehlak etməsi ilə növbəti onillikdə əsas artım sürücüsü olaraq qalacaq. 2005-ci ildən bəri neft gəlirləri ÜDM-in 30%-ə yaxınını və son illərdə dövlət gəlirlərinin 75%-dən çoxunu təşkil edir. İnanırıq ki, hasilatın azalmasına və neft qiymətlərində artımın sabit qalmasına baxmayaraq neftin ÜDM-ə töhfəsi bizim 10 illik proqnozumuz boyunca yüksək olaraq qalacaq", - FS əlavə edib.

Geri qayıt