Birxeber.az / Premyer Liqa: "Qarabağ" 21 yaşadək futbolçulara ən çox şans verən klubdur

Premyer Liqa: "Qarabağ" 21 yaşadək futbolçulara ən çox şans verən klubdur

4-04-2024, 10:40

Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən klublar bəlli olub.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) rəsmi saytında bildirilib.

CIES-in araşdırmasına əsasən, siyahıya "Qarabağ" başçılıq edir. 2023-cü il aprelin 3-dən 2024-cü il aprelin 2-dək Ağdam təmsilçisində meydana çıxanların 6,2 faizinin yaşı 21-dən aşağı olub.

"Zirə" (4,6 faiz) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. "Sabah" və "Neftçi" (hər ikisi 4,3 faiz) növbəti sıraları bölüşürlər.

"Qəbələ" (3,7 faiz) beşinci, "Turan Tovuz" (3,3 faiz) altıncı, "Sumqayıt" (3,2 faiz) yeddinci, "Kəpəz" (1,9 faiz) səkkizinci, "Araz-Naxçıvan" (0,3 faiz) 9-cu, "Səbail" (0,1 faiz) onuncudur.

Geri qayıt