Birxeber.az / Bakı metrosu sərnişin daşınmasını 2 % artırıb

Bakı metrosu sərnişin daşınmasını 2 % artırıb

4-04-2024, 10:40

Bu ilin I rübündə "Bakı Metropoliteni" QSC 53 milyon 514 min 865 sərnişin daşıyıb.

"Birxeber.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.

Bununla belə, koronavirus (COVID-19) pandemiyasından əvvəlki 2019-cu ilin I rübünə nisbətən metro ilə sərnişin daşınması 3,8 % azalıb.

Rüblük göstəricinin 18 milyon 366 min 704 nəfəri mart ayının payına düşüb. Bunun da 496 min 211 nəfəri güzəştli və yaxud ödənişsiz keçənlərdir.

Ən çox sərnişin martın 7-də (848 min 934 nəfər), ən az sərnişin isə martın 20-də (272 min 984 nəfər) daşınıb.

Ötən ay 15 iş günü olub. Ayın 19-u istisna olmaqla, hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Orta hesabla gündəlik daşıma 758 min 499 nəfər təşkil edib.

Geri qayıt