Birxeber.az / Van İ: Tayvan məsələsi Çin – ABŞ münasibətləri üçün əsas çağırışa çevrilib

Van İ: Tayvan məsələsi Çin – ABŞ münasibətləri üçün əsas çağırışa çevrilib

27-01-2024, 19:40

“Tayvanın müstəqilliyi” məsələsi Çin və ABŞ arasında münasibətlər üçün əsas çağırışdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə deyib.

“Tayvan məsələsi Çinin daxili işidir və Tayvandakı seçkilər Tayvanın Çinin bir hissəsi olması faktını dəyişdirə bilməz. Tayvan boğazında sülh və sabitliyə ən böyük risk “Tayvanın müstəqilliyi”dir, Çin – ABŞ münasibətləri üçün isə ən böyük çağırış “Tayvanın müstəqilliyi”dir”, – o vurğulayıb.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden ölkəsinin Tayvanın müstəqilliyini dəstəkləmədiyini təsdiqləyib. Eyni zamanda, Ağ ev ABŞ-nin Tayvanda sülhün tərəfdarı olduğunu, lakin regiona silah tədarükündən imtina etməyəcəyini açıqlayıb.

Geri qayıt