Birxeber.az / Hikmət Hacıyev: Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var

Hikmət Hacıyev: Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var

4-04-2024, 09:40

Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib: "Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var".

4 April - International Day for Mine Awareness and Assistance in Mine Action

As a result of Armenia's 30 year long military occupation, liberated territories of Azerbaijan are densely contaminated with the landmines by Armenia.

Mines, explosive remnants of war, and improvised… pic.twitter.com/BUNw5Z46Nq

— Hikmet Hajiyev (@HikmetHajiyev) April 4, 2024
Geri qayıt