Birxeber.az / Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib - YENİLƏNİB-3

Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib - YENİLƏNİB-3

27-01-2024, 19:40

Şəmkirdə mağaza və obyektlərdə baş vermiş yanğının səbəbləri araşdırılır.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində baş vermiş yanğın nəticəsində, ümumilikdə 8 mağaza və obyektə zərər dəyib. Bunlardan ikisi bazar ərazisində, digər altısı isə bazara yaxın yerdə fəaliyyət göstərən mağaza və obyektlərdir.

Yanğın zamanı 130 kvadratmetr ərazi yanıb, mağaza və obyekt sahiblərinə zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

18:06

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

17:53

Şəmkir rayonunda mağazada baş verən yanğın digər obyektlərə də keçib.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə şəhərin 20 Yanvar küçəsində, bazar ərazisində qeydə alınıb və yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

17:25

Şəmkir rayonunda mağazada yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt