Birxeber.az / Kürdəmirdə “KamAZ” beton səkiyə çırpılıb, sürücü xəsarət alıb

Kürdəmirdə “KamAZ” beton səkiyə çırpılıb, sürücü xəsarət alıb

4-04-2024, 07:40

Kürdəmir rayonunda “KamAZ” yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də, rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının sürücüsü, Zəngilan rayon sakini, 51 yaşlı Abdullayev Seymur Sahib oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq beton səkiyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan yük də yola dağılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobili ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda fakt araşdırılır.

Geri qayıt