Birxeber.az / “Apple” servislərinin işində nasazlıq yaranıb

“Apple” servislərinin işində nasazlıq yaranıb

4-04-2024, 04:50

“Apple”a məxsus bəzi xidmətlər, o cümlədən “App Store” və “Apple Music” servislərində problemlər yaşanıb.

APA xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.

Bildirilib ki, “Apple Arcade”, “Apple Books”, “Apple Fitness+”, “Apple Sports”, “Apple TV+” işləmir.

Daha sonra şirkətin saytında xidmətlərin demək olar ki, tamamilə bərpa olunduğu bildirilir.

Hazırda “Apple School Manager”, “Apple Business Manager” və “Apple Business Essentials” xidmətlərində problemlər var ancaq qalanları normal işləyir.

Geri qayıt