Birxeber.az / Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb

3-04-2024, 18:40

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir. 6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Geri qayıt