Birxeber.az / "Qarabağ" klubunun daha bir futbolçusu zədələnib - YENİLƏNİB

"Qarabağ" klubunun daha bir futbolçusu zədələnib - YENİLƏNİB

27-01-2024, 17:40

"Qarabağ" klubunun daha bir futbolçusu Yassin Benzia zədələnib.

"Report" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Kəpəz"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyununda sıradan çıxıb.

Benzia komandasının vurduğu qol zamanı, 79-cu dəqiqədə rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb.

Görüşə davam edə bilməyən oyunçu birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, hazırda matçda hesab bərabərdir - 1:1.

16:22

"Qarabağ" klubunun futbolçusu Redon Cica zədələnib.

"Report" xəbər verir ki, 25 yaşlı hücumçu "Kəpəz"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyununda sıradan çıxıb.

Albaniyalı oyunçu əzələsini dartıb. Onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.

Geri qayıt