Birxeber.az / Ukrayna və Litva birgə PUA istehsal etməyi planlaşdırır

Ukrayna və Litva birgə PUA istehsal etməyi planlaşdırır

27-01-2024, 17:40

Ukrayna və Litva birgə pilotsuz uçuş aparatları (PUA) istehsal etməyi planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba Kiyevdə litvalı həmkarı Qabrielus Landsberqis ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Litva lazımi texnologiyaya malikdir: “Bizim istehsalı genişləndirmək imkanımız var. Bu, müzakirəmizin əsas mövzusu idi”.

Nazir qeyd edib ki, Ukrayna-Litva əməkdaşlığının ən qısa vaxtda maksimum nəticə verməsi üçün işlər görülür.

Geri qayıt