Birxeber.az / Dövlət Xidməti Ağdamda restavrasiya edilən məscidlə bağlı məsələyə aydınlıq gətirib

Dövlət Xidməti Ağdamda restavrasiya edilən məscidlə bağlı məsələyə aydınlıq gətirib

3-04-2024, 15:50

Ağdamın Xındırıstan kəndində yerləşən məscid tarixi abidə kimi dövlət mühafizəsində olan abidələrin siyahısına daxil deyil.

Bu barədə Birxeber.Az-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində yerləşən məscidin restavrasiyadan sonrakı halı sosial mediada müzakirələrə səbəb olub. Bildirilir ki, 1907-ci ildə tikilən məscidin restavrasiyasına 2020-ci ildə başlanılıb, ona minarələr əlavə edilib.

Geri qayıt