Birxeber.az / “Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakıya uçuşları bərpa edəcək

“Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakıya uçuşları bərpa edəcək

3-04-2024, 15:40

“Ural Hava Yolları” aprelin sonundan etibarən Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək.

“Birxeber.Az” aviadaşıyıcının mətbuat xidmətinə istinadən xəbər verir ki, uçuşlar aprelin 26-dan başlayacaq.

Qeyd edilib ki, Jukovski - Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Eyni zamanda, Jukovskidən Bakıya uçuşlar cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə reyslər şənbə və bazar günləri baş tutacaq.

Aviaşirkət aprelin 2-dən bu marşrut üzrə reyslərə aviabiletlərin satışını açacaq.

Geri qayıt