Rusiya hücumlarını gücləndirib.
“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski teleqramda yazıb.
O bildirib ki, qarşı tərəf xüsusilə Tavriya rayonu istiqamətində hücumları instensivləşdirib: “Ukrayna Silahlı Qüvvələrinin artıq iki gün ardıcıl şəkildə düşmənlə 50 toqquşması olub”.
Generalın sözlərinə görə, Rusiya son 1 həftə ərzində bu istiqamətdə 100 hava zərbəsi endirib.
Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, Rusiya ordusu Kupyansk şəhəri istiqamətində də hücum əməliyyatlarının intensivliyini bərpa edib: “Sinkovka və Tabaevka yaşayış məntəqələri ərazisində şiddətli döyüşlər gedir”.
O deyib ki, Ukrayna ordusu hücumları dəf edir: “Qarşı tərəf Xarkov vilayətində daha geniş hücumlara başlaya bilər. Yerli hakimiyyət orqanları və hərbçilər istənilən ssenariyə hazır olmalıdırlar”.