Birxeber.az / Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klub baş məşqçisi ilə yollarını ayırıb

Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klub baş məşqçisi ilə yollarını ayırıb

3-04-2024, 13:40

Azərbaycan millisinin futbolçusu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" komandası baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.

Qeyd edək ki, Sertan Taşkın ilin əvvəlində "Manisa"ya keçib.

Geri qayıt