Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısında dəyişiklik edilib.
Birxeber.Az-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu siyahıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini daxil edilib.