Birxeber.az / Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb

3-04-2024, 11:40

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

“Report” xəbər verir ki, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan 5-nin hərbçi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Geri qayıt