Birxeber.az / Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb

27-01-2024, 16:40

Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,48 bənd təşkil edib.

Bu barədə "Birxeber.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 0,4 bənd, 2023-cü il yanvarın 1-i ilə müqayisədə isə 1,05 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Geri qayıt