Birxeber.az / Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb

Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb

3-04-2024, 10:40

Çinin şərqində yerləşən Tszyansi əyalətində 7 nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin daşqınlara qarşı mübarizə qərargahı məlumat yayıb.

Qeyd edilib ki, martın 31-dən 9 şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.

İlkin hesablamalara görə, təbii fəlakət əyalətə 150 ​​milyon yuan (təxminən 21,1 milyon ABŞ dolları) məbləğində birbaşa iqtisadi ziyan vurub.

Geri qayıt