Birxeber.az / Qazaxıstan MN Tatarıstana hücum edən dronlarla bağlı iddialara münasibət bildirib

Qazaxıstan MN Tatarıstana hücum edən dronlarla bağlı iddialara münasibət bildirib

2-04-2024, 20:50

Qazaxıstan Müdafiə Nazirliyi Tatarıstanda obyektlərə hücum edən dronların guya Qazaxıstandan buraxıldığı barədə iddialara münasibət bildirib.

APA Tengrinews.kz-a istinadən xəbər verir ki, Qazaxıstan MN yayılan iddiaları təkzib edib.

Qeyd edək ki, daha əvvəl dronların Qazaxıstandan buraxıldığına dair iddialar yayılıb.
Xatırladaq ki, Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
Hücumu nəticəsində 10-dan çox şəxs yaralanıb.
Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb. Müəssisəyə ciddi ziyan dəyib.

Geri qayıt