Birxeber.az / AMEA Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin olunub

AMEA Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin olunub

2-04-2024, 19:40

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə "Birxeber.Az"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 2022-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışıb.

O, 9 aprel 2024-cü il tarixdə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edəcək.

Dosent AMEA Direktorlar Şurasının sədr müavini, AMEA-da Ekspedisiyaların təşkili üzrə komissiyanın üzvüdür. O, eyni zamanda, Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir.

Geri qayıt