Birxeber.az / Azərbaycan pəhləvanı dünya rekordlarına imza atıb

Azərbaycan pəhləvanı dünya rekordlarına imza atıb

2-04-2024, 18:40

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordlarına imza atıb.

"Birxeber.Az"un məlumatına görə, o, bir sıra dünya rekordlarını yeniləyib.

Tədbir Gənclər və İdman Nazirliyinin binasının qarşısıda baş tutub.

Pəhləvan ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanıb və iplə çəki daşlarına bağlı bıçağı əli ilə tutaraq qolları horizontal vəziyyətdə havada saxlayıb. İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını dişlə yerdən qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını dişlə tutaraq "Jeep" markalı avtomobil dartıb.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.

Geri qayıt