Birxeber.az / Rusiyada 18 yaşlı idmançı məşq zamanı vəfat edib

Rusiyada 18 yaşlı idmançı məşq zamanı vəfat edib

27-01-2024, 14:40

Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, MMA döyüşçüsü sparrinq zamanı vafat edib.

Hadisə ilə bağlı ibtidai istintaq aparılır. Həmin şəxsin adı açıqlanmasa da, onun məşq vaxtı kəllə-beyin travması aldığı bildirilib.

Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Geri qayıt