Birxeber.az / Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

2-04-2024, 16:40

Bakıda Azərbaycan və Rusiyanın Sankt-Peterburq şəhəri arasında iqtisadi-humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

“Birxeber.Az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək”, - deyə nazir qeyd edib.

#Azərbaycan Respublikası Hökuməti və #Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında #iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etdik. İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Respublikası… pic.twitter.com/dpChWJ6kQv

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 2, 2024
Geri qayıt