Birxeber.az / İranda ziyarətgahda terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri tutulub

İranda ziyarətgahda terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri tutulub

2-04-2024, 15:50

Qumda terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İŞİD-Xorasan qruplaşmasının iki üzvü Qum şəhərində ziyarətgaha daxil olarkən tutulub. Onların terror əməliyyatı keçirməyi planlaşdırdığı bildirilib.

Hələ ki rəsmi açıqlama verilməyib.

Geri qayıt