Birxeber.az / Rusiyaya məxsus helikopter işğal altındakı Abxaziyaya təcili eniş edib

Rusiyaya məxsus helikopter işğal altındakı Abxaziyaya təcili eniş edib

2-04-2024, 14:50

Rusiya Müdafiə Nazirliyinə məxsus helikopter Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə təcili eniş edib.

APA-nın Gürcüstan bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Mi-24 helikopteri yanğın səbəbilə Qulripşi yaşayış məntəqəsinin yaxınlığına enməli olub.

Helikopterin 3 ekipaj üzvünün Aqudzera hərbi hospitalına aparıldığı bildirilib.

Geri qayıt