Birxeber.az / "Azərbaycan Sənaye Korporasiyası" auditor seçib

"Azərbaycan Sənaye Korporasiyası" auditor seçib

2-04-2024, 13:40

"Azərbaycan Sənaye Korporasiyası" ASC özünün və bəzi törəmə cəmiyyətlərinin (“Azəralüminium" və “Azərpambıq Aqrar Sənaye Kompleksi ” MMC-lər) 2023-2025-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 520,4 min manat ödəniləcək.

Geri qayıt