Birxeber.az / Nazir: Şəhid ailələri, müharibə əlilləri və veteranlara 115 min sosial ödəniş təyin olunub

Nazir: Şəhid ailələri, müharibə əlilləri və veteranlara 115 min sosial ödəniş təyin olunub

2-04-2024, 13:40

Bütün şəhid ailəsi üzvləri, müharibə əlilliyi olan insanlar, veteranlar sosial ödənişlərlə əhatə olunub.

“Birxeber.Az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

Nazir bildirib ki, bu günə qədər müharibə ilə əlaqəli 128 min şəxsə 336 min xidmət göstərilib: “Bütün şəhid ailəsi üzvləri, müharibə əlilliyi olan insanlar, veteranlar sosial ödənişlərlə əhatə olunub. Ümumilikdə 115 min sosial ödəniş təyin olunub”.

Geri qayıt