Birxeber.az / Nazir: Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik

Nazir: Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik

2-04-2024, 11:50

Azərbaycan dövlətinin siyasətində Azərbaycan vətəndaşının rifahı öndə tutulur.

Birxeber.Az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir xatırladıb ki, son 5 ildə 4 sosial islahat paketi həyata keçirilib.

“Sosial islahatlar davam edəcək. Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik” - deyə nazir əlavə edib.

Geri qayıt