Birxeber.az / Almaniya səfiri Holokostdan yazıb: "Nifrət artanda nələrin baş verə biləcəyini heç vaxt unutmayacağıq"

Almaniya səfiri Holokostdan yazıb: "Nifrət artanda nələrin baş verə biləcəyini heç vaxt unutmayacağıq"

27-01-2024, 13:40

Nifrət artanda nələrin baş verə biləcəyini heç vaxt unutmayacağıq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Holokost faciəsinin növbəti ildönümü ilə bağlı “X”də yazıb.

“Bu gün Holokost qurbanlarını hörmətlə anırıq. 27 yanvar 1945-ci ildə Auşvits həbs düşərgəsi Qırmızı Ordu tərəfindən azad edildi”, - o bildirib.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilərə qarşı törədilmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Bu gün #Biz #Holokost qurbanlarını hörmətlə anırıq. 27 yanvar 1945-ci ildə Auşvits konsentrasiya düşərgəsi Qırmızı Ordu tərəfindən azad edildi. Biz nifrət artanda nələrin baş verə biləcəyini heç vaxt unutmayacağıq. #NeverForget #NeverAgain @IsraelinAZ pic.twitter.com/k1whWVjUkn

— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) January 27, 2024
Geri qayıt