Ukraynada müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanılıb.
APA-nın unian-a istinadən xəbərinə görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Qeyd edək ki, müvafiq qanun layihəsi Ali Radaya fevralın 26-da prezident Vladimir Zelenskinin imzası ilə daxil olub. Martın 7-də ölkə rəhbəri həqiqi hərbi xidmət müddəti başa çatanların ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Sənədə əsasən, proses mayın sonunadək davam edəcək.
Fərid Azəri