Birxeber.az / Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarından 66-sı çalışır, 43-ü iş axtarışındadır

Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarından 66-sı çalışır, 43-ü iş axtarışındadır

2-04-2024, 10:50

Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

APA xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”-nə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Dövlət Proqramı məzunlarından 66 nəfər Azərbaycanda işləyir:

“Onlardan 31-i dövlət, 31-i özəl, 4-ü bank sektorunda çalışır. Hazırda iş axtarışında olan məzun sayı isə 43 nəfərdir”.

Geri qayıt