Birxeber.az / Nazir: AŞPA-nın ölkəmizə qarşı qərəzli və qəbul edilməz mövqeyini qətiyyətlə pisləyirik

Nazir: AŞPA-nın ölkəmizə qarşı qərəzli və qəbul edilməz mövqeyini qətiyyətlə pisləyirik

27-01-2024, 12:50

"AŞPA-nın ölkəmizə qarşı qərəzli və qəbul edilməz mövqeyini qətiyyətlə pisləyirik".

Birxeber.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu qəzərin əsas səbəbi ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsidir.

"AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri mövqeyimizi açıq şəkildə ifadə edib. AŞPA-nın ölkəmizdəki proseslərlə bağlı müxtəlif rəyləri hər zaman mövcud idi, buna da adekvat cavablar verilirdi. Lakin bu işçi proses sistemli şəkildə təşkil olunmuşdu".

Geri qayıt